YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Ölkəmizdə əhalinin aztəminatlı hissəsi dövlətin həmişə diqqət mərkəzindədir

“Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial siyasətin əyani göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi prioritetdir. Onun sözlərinə görə,  ölkəmizdə davamlı olaraq əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Eləcə də, aztəminatlı ailələrin, əlillərin şəhid ailələrinin, məcburi köçkünlərin  maddi rifahının yaxşılaşdırılması istiqamətində lazımı addımlar atılır.

“Prezident İlham Əliyevin siyasətində hər zaman aztəminatlı ailələrə diqqətin göstərilməsində vətəndaş məmnunluğu daim diqqət mərkəzində saxlanılır. "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam da dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir nümunəsidir. Ölkəmizdə əhalinin aztəminatlı hissəsi dövlətin həmişə diqqət mərkəzindədir”-deyə, M.Xəlilov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv