YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamaləddin Qafarov: Son 15 il ərzində böyük uğurlar qazanılan sahələrdən biri də səhiyyə sahəsidir

“Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində böyük uğurlar qazanılan sahələrdən biri də səhiyyə sahəsidir. Qeyd etdiyiniz kimi, ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Təbii ki, bu da dövlətimizin  vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanması, əha­linin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin  olunması bu istiqamətdə həyata keçirilən siyasətin prioritetləridir. Onun sözlərinə görə, səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların  pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir.

“2003-cü ildə səhiyyəyə dövlət büdcəsindən ayrılan xərclər 55, 3 milyon manat olduğu halda, 2017-ci ildə bu rəqəm 13,5 dəfə artaraq 746,7 millyon manata çatmışdır. Bu dövr ərzində  Bakı şəhərində və ölkənini regionlarında  635 tibb müəssisəsi tikilmiş və yaxud əsaslı təmir olunmuşdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində bir sıra bölgələrdə  diaqnostika mərkəzləri tikilib istifadəyə verilmişdir.  Bir əsas məqamı da qeyd edək ki,  beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda həyata keçirilən islahatları yüksək dəyərləndirir. Kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaradır. Qeyd etdiyimiz kimi, hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və icrasına xüsusi diqqətin göstərilməsi bir daha bu reallığı təsdiqləyir ki, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan təcrübəsinin hər sahədə nümunə olması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur”-deyə, deputat vurğulayıb.