YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malikdir

“Təsadüfi deyil ki, dünyanın iki nəhəng və üz-üzə dayanan tərəfləri öz aralarındakı və dünyadakı problemləri həll etmək üçün məhz Azərbaycan paytaxtını məkan kimi seçirlər”. Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu nöqteyi-nəzərdən Rusiya və NATO-nun ali hərbi rəhbərliyinin artıq 3-cü dəfə Bakıda görüşünün keçirilməsi əhəmiyyətlidir. Onun sözlərinə görə, bu, Azərbaycana çox böyük inamla bağlıdır. Çünki Azərbaycanın sözü ilə əməli üst-üstə düşür, dövlətimiz hansı mövqeni ortaya qoyursa, o da yerinə yetirilir.

“Bu səbəbdən də Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malikdir. İkincisi, bu, Azərbaycana hörmətlə bağlıdır və dövlətimiz müstəqil siyasət həyata keçirir. Bu müstəqil siyasət sayəsində bizə çox böyük etimad var və müstəqil siyasət həyata keçirməyimizi bütün dünyaya sübut etmişik. Üçüncü səbəb isə onunla bağlıdır ki, Azərbaycan dövlətinin həm Rusiya ilə strateji tərəfdaşlıq, həm də NATO ilə inkişaf edən münasibətləri var. Dövlətimiz NATO-nun bir çox proqramlarında iştirak edir, Əfqanıstanda sülh prosesinə dəstək verir”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv