YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan xalqı nə qədər yaşayacaqsa, onun qəlbində Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram daim olacaq

“Azərbaycan vətəndaşları Ümummilli lider Heydər Əliyevin  anım gününü qeyd etməklə Onun xatirəsinə olan böyük ehtiramı ifadə edir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də daim Ümummilli liderin əziz xatirəsini yad edir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

 Əli Əhmədov bildirib ki, xalqımız hər zaman Ümummilli lider Heydər Əliyevin  Azərbaycan dövləti və millətimiz qarşısındakı xidmətlərini qeyd edir. Onun sözlərinə görə,  Azərbaycan xalqı nə qədər yaşayacaqsa, onun qəlbində Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram daim olacaq.

“Bunu vaxtında Ümummilli lider Heyədr Əliyev duyurdu. Ulu öndər deyirdi ki, “nə qədər Azərbaycan var, mən də olacağam”. Bu sözlərdə böyük bir həqiqət var. Hər il vəfatının ildönümündə Ulu öndərimizin xalqımız tərəfindən böyük ehtiramla anılması bu sözlərdəki müdrikcəsinə həqiqəti bir daha ifadə edir”-deyə, Əli Əhmədov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv