YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məcliisn iclasında "Psixoloji yardım haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Psixoloji yardım haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Sənəd haqqında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Bildirilib ki, qanun layihəsi 6 fəsil, 22 maddədən ibarətdir. Sənəd Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.