YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti xanım Salome Zurabişvilini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti xanım Salome Zurabişvilini təbrik  edib.

Təbrikdə deyilir: “Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.