YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: Bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib və bu möhtəşəm bir siyasi ordu deməkdir

“Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü və əzəmətli siyasi təşkilatı kimi özünü təsdiq edib. Bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib. Bu möhtəşəm bir siyasi ordu deməkdir”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gun Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Əli Əhmədov bildirib ki, səsvermə hüququ olan vətəndaşlarının təxminən  10 nəfərdən biri partiyamızın üzvüdür. Onun fikrincə, bu, böyük siyasi qüvvədir: “YAP sıralarında bu qədər insanın birləşməsi və onun siyasətində yaxından iştirak etməsi vətəndaşlarımızın mütləq əksəriyyətinin Heydər Əliyev ideyalarına dərin inamı, eyni zamanda Prezident İlham Əliyevin siyasətinə inamın ifadəsidir. Əgər vətəndaşların qəlbindən gələn bu istək olmasaydı, YAP sıralarında 725 min nəfərin cəmləşməsi mümkün olmazdı”.

YAP-ın Azərbaycandakı siyasi ab-havanı müəyyənləşdirdiyini deyən Əli Əhmədov qeyd edib ki, ölkəmizdə hər hansı siyasi hadisə YAP-ın iradəsindən kənarda mövcud ola bilməz. “Bu mənada, YAP-ın mövcudluğu Azərbaycandakı sabitliyin və əminamanlığın təməl prinsiplərindən birini təşkil edir. İnanırıq ki, YAP-ın şərəfli tarixi uzun illər davam edəcək və bu tarixə yeni-yeni şanlı səhifələr yazılacaq. Uzun illər Azərbaycan vətəndaşları YAP iqtidarının faydasını görəcək və onun siyasətinə xidmət edəcək. Azərbaycan vətəndaşları ötən 26 ilin təcrübəsi əsasında qəti əmin olublar ki, YAP-ın mövcudluğu, onun liderinin Azərbaycana rəhbərlik etməsi əminamanlıq, sabitlik, inkişaf, tərəqqi, insanların rifahının yüksəlməsi, milli maraqların qorunması, ölkəmizin beynəlxalq müstəvidə nüfuzun artması, müasirləşməsi, yeniləşməsi deməkdir. YAP-ın tarixi keçmişi nə qədər əzəmətli və möhtəşəmdirsə, gələcəyinin daha da parlaq olacağına əminliklə inanırıq. YAP-ın sıralarında birləşən əzəmətli siyasi güc bu inamı reallığa çevirəcək”-deyə, YAP Sədrinin müavini vurğulayıb.