YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır

Azərbaycanda 25 il ərzində iqtidarda olan 26 yaşlı Yeni Azərbaycan Partiyası xalq tərəfindən dəstəklənir. Bu isə ölkəmizə inkişaf, çiçəklənmə gətirir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır: "26 il əvvəl Naxçıvanda təsis olunan YAP bütün bacarığımızı göstərə bilmək şansı qazandıran siyasi təşkilatdır. Bu tarixə nəzər saldıqda əvvələ qayıtmalı oluruq. O dövrdə ölkəmizdə siyasi sabitlik pozulduğundan partiyanın üzərinə böyük öhdəlik düşürdü. Partiya bu problemləri həll etmək kimi öhdəliklərə malik idi. O zaman yaranan partiyalar bir şəxsin ətrafındakı birləşmədən uzağa gedə bilmədilər. Onlar nəinki problemlərin öhdəsindən gələ bilmədilər. Əksinə, Azərbaycanı uçuruma yuvarladılar".

B.Muradova əlavə edib ki, xalqın müraciəti əsasında Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi: "Bu gün biz Ulu Öndərin bu addımını yüksək qiymətləndiririk. Vaxtilə Ulu Öndərə müraciət edənlərə təşəkkür edirik. Çünki bu addımı atmaqla azad Azərbaycanı yarada, xalqı arxanızca apara bildiniz".

Milli Məclis sədrinin müavini bildirib ki, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi kursu uğurla davam etdirən, ölkəmizi daha da inkişafa aparan Prezident İlham Əliyevin fəaliyyətinin müsbət nəticələrini görməkdəyik.

Onun sözlərinə görə, bu gün qadınlar partiya üzvlərinin demək olar ki, yarısını təşkil edir: "Qadınlarımız partiyanın sıralarının genişlənməsinə öz töhfələrini verməkdədirlər. Partiyanın üzvləri öz istəkləri ilə bu partiyaya qoşulurlar. Bu gün partiyada gənclərimizin sayı artmaqdadır. Partiyamız ən müxtəlif səviyyələrdə təmsil olunur".

B.Muradova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının nüfuzu xalq içərisində getdikcə artır: "Partiyamızı qarşıda duran hədəflərə çatdırmalıyıq. Bu illər ərzində ümumi fəaliyyətimizin çox uğurlu nəticələri var ki, bu nəticələr bütün sahələrdə özünü göstərməkdədir.
YAP bir çox ölkələrin tanınmış partiyaları ilə əlaqələr qurub, birgə fəaliyyətlərə öz töhfəsini verməkdədir".