YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıbala Abutalıbov: Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir

Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov Yeni Azərbaycan Partiyasının 26-cı ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, müstəqil dövlətimizin başçısı İlham Əliyev ölkə iqtisadiyyatının tərəqqisinə xidmət edən sosial-iqtisadi proqramların gerçəkləşməsi prosesləri ilə yanaşı, milli mənəviyyatımızın təməl sütunlarından sayılan mədəniyyət siyasətinin hərtərəfli inkişafına da mühüm əhəmiyyət verir.

H.Abutalıbov əlavə edib ki, böyük xilaskar Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən biri ölkəmizi əbədiyaşar məkana çevirmək məqsədi ilə Şərq dövlətçilik ənənələrinə xas olan şəkildə öz siyasi məktəbini yaratması olub: "O, bu siyasi məktəbin ən parlaq, layiqli nümayəndəsi İlham Əliyevi müasir Azərbaycanın bugünkü və gələcək inkişafı naminə hazırlayaraq siyasi arenaya çıxara bilib".

Güclü azərbaycançılıq ideologiyasının əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Baş nazirin müavini bildirib ki, ölkəmiz Azərbaycanın yeni lideri, respublikamızın Prezidenti İlham Əliyevə həvalə olunduqdan sonra o, qısa zaman kəsiyində, yüksələn xətt üzrə ictimai həyatımızın bütün sahələrini əhatə edən uğurlu və məqsədyönlü islahatlar həyata keçirib: "Prezident İlham Əliyev müasir Azərbaycanda baş verən modernləşmə proseslərini düzgün məcraya yönəldərək yeni innovasiya və informasiya texnologiyaların tətbiqi prosesinin daxili və qlobal mühitin tələblərinə uyğun səviyyədə gerçəkləşməsinə münbit şərait yaradıb".

DİGƏR Xəbərlər Arxiv