YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilir

Noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası işə başlayıb.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın sədrliyi ilə keçirilən iclasa təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlamentlərinin nümayəndə heyətləri, o cümlədən türk dünyasının birliyi və inkişafı istiqamətində fəaliyyət göstərən, eləcə də TÜRKPA-ya tərəfdaş olan təşkilatların rəhbərləri qatılıblar.

DİGƏR Xəbərlər Arxiv