YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüşüb.

Görüşdə tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.