YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bakıda üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Nümayəndə heyətlərinin üzvləri Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın məzarları üzərinə gül dəstələri düzüb, şəhidlərimizin xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.