YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir

Azərbaycan ilə İran arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsinə heç bir maneə yoxdur.

Bu sözləri bu gün keçirdiyi mətbuat konfransında İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib.

O bildirib ki, İran və Azərbaycan xalqları arasında tarixi bağlantı əlaqələri mövcuddur. Son illər iki dövlət arasındakı iqtisadi əlaqələr inkişaf mərhələsinə qədəm qoyub. Bu gün iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsini yaşayır.

B.Qasemi qeyd edib ki, iki qonşu və dost ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, səhiyyə, energetika, turizm, dənizçilik, mədəniyyət, ekologiya və digər sahələri əhatə edən sənədlər imzalanıb. Ölkə prezidentlərinin siyasi iradəsinin nəticəsi olaraq imzalanan sənədlərə əsasən birgə iqtisadi layihələr həyata keçirilməkdədir. Bu layihələr hər iki xalqın mənafeyini əks etdirir.

İran Azərbaycan ilə əlaqələrinin inkişafına xüsusi önəm verir və rəsmi Bakının qarşılıqlı faydalı əməkdaşlıq təkliflərinə hər zaman müsbət cavab verib. Bu gün iki ölkə arasındakı çox yaxşı əlaqələr mövcuddur. Bu əlaqələrin daha da inkişafı xalqlarımızın yaxınlaşmasına, regionda sülhün və əmin-amanlığın davamlı olmasına xidmət edir.

 

DİGƏR Xəbərlər Arxiv