YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Müəyyən məsələlərlə bağlı dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılmalıdır

“Müəyyən məsələlərlə bağlı dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılmalıdır”. Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, parlamentdə dil məsələsi ilə bağlı şöbə yaradılmalıdır. Onun sözlərinə görə, bu şöbə parlamentə xarici dillərdə daxil olmuş sənədlərin, eləcə də Milli Məclis adından göndərilən rəsmi məktubların, sənədlərin tərcüməsi ilə məşğul olmalıdır: “Həmin sənədlərin tərcüməsi üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki, Milli Məclisə daxil olan beynəlxalq sənədlərin, müqavilələrin tərcümə səviyyəsi yaxşı olmur”.

Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S.Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini xatırladıb: “Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini də bilməliyik. Heç olmasa ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictiamiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bu praktika mövcuddur”.

Komitə sədri çıxışı zamanı Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsait artırılmasını da təklif edib: “Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqları artırımalıdır. Çünki, onlar gecə gündüş işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərinin sənədləri, yerləşdirilməsi məsəsləsi ilə məşğul olurlar. Bu baxımdan bu sahəyə ayrılan vəsat artırılmalıdır”.