YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də “Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.