YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bu il 24 milyon tondan çox neft və neft məhsulları ixrac edib

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 24 milyon 195 min 372 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. On ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 12 milyard 923 milyon 328 min ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycandan 16 milyon 977 min 159 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 6 milyard 539 milyon 344 min dollar təşkil edib.