YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Bu ilin sonunda ilk DOST mərkəzi açılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilk DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin bu ilin sonunda açılması nəzərdə tutulur.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

"Düşünürük ki, DOST mərkəzləri vasitəsilə Azərbaycanda pensiyaçılar, əlilliyi olan şəxslər, işsiz, iş axtaran şəxslər, sosial müavinətlər alan şəxsləri əhatə edə biləcəyik. İlk DOST mərkəzinin bu ilin sonunda açılması nəzərdə tutulur. Daha 3 DOST mərkəzinin Bakı şəhəri ərazisində açılması planlaşdırılır. Bakı ərazisi tam şəkildə DOST mərkəzləri ilə əhatə olunacaq. Növbəti illərdə bu işlər respublikanın regionlarında da həyata keçiriləcək", - deyə nazir diqqətə çatdırıb.