YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: 2007-ci ildən ölkəmizdə hakimlərin sayı iki dəfə artıb

“2007-ci ildən ölkəmizdə  hakimlərin sayı iki dəfə artıb. Bununla yanaşı qanunvericilik və digər tədbirlər görülüb”. Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Ə.Hüseynli  bildirib ki, dövlət başçısının korrupsiya və digər neqativ hallarla mübarizə ilə bağlı tapışırıqları məhkəmə sahəsində də müsbət nəticələr verir: “Belə ki, bu hallara görə, 100-dən çox hakim məhkəmə sistemindən uzaqlaşdırılıb. Bu gün Ali və Appelyasiya Məhkəmələrinə təqdimatlar nümunəvi hakimlər təqdim edilir. Hakimlərin ən nüfuzluları Appelyasiya və Ali Məhkəməyə təqdim edilib. Sözügedən namizədlərin fəaliyyəti qiymətləndirərək dövlət başçısına təklif kimi təqdim edilib”.

Ə.Hüseynli məhkəmələrdə mövcud vakansiya haqqında qeyd edib ki, Ali Məhkəmədə 1, Naxçıvanda 3, Bakı Appelyasiya Məhkəməsində 11, Sumqayıt Appelyasiya Məhkəməsində 4, Gəncə Appelyasiya məhkəməsində 3, Şirvan Appelyasiya üzrə 4, Şəki Appelyasiya üzrə 4 vakansiya mövcuddur. Hesab edirəm ki, eni təyinatlar həm hakimlərin iş yükünün azalması, həm də daha çox işə baxmaq imkanı verəcək”.

Komitə sədri qeyd edib ki, birinci instansiyalara hakim təyinatı ilə bağlı yeni hakimlərin seçilməsi müsabiqəsində 800-dən çox şəxs iştirak edib: “Onlardan 108 nəfəri uğurla başa vurub”.