YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Ermənistan hansısa proseslərə ciddi təsir göstərə biləcək qərar vermək iqtidarında deyil

«Ermənistan özünü elə vəziyyətə salıb ki, Rusiyanın dediyi çərçivədən bir addım belə kənara atmaq iqtidarında deyil». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistanın Avrasiya İttifaqına qoşulması Azərbaycan üçün heç nəyi  dəyişməyəcək. Onun sözlərinə görə, nə Qazaxıstan, nə Belarus Ermənistana hər hansı dəstək verməyəcəklər. «Bəllidir ki, Rusiya və Ermənistanın ikitərəfli müqavilələri var idi. Heç Ermənistan Avrasiya İttifaqına qoşulmadan Rusiya tərəfindən bütün güzəştləri alıb. Yəni neftin, qazın qiymətində güzəştlər, kreditlər, Atom Elektrik Stansiyanın təmiri ilə bağlı əlavə kredit. Bunlar hamısı onsuz da Rusiya tərəfindən göstərilir. Ermənistan bu təşkilatda Rusiyanın daim təkliflərinə dəstək verən bir nümayəndə olacaq. Ermənistan hansısa proseslərə ciddi təsir göstərə biləcək  qərar vermək iqtidarında deyil»- deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv