YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Azərbaycanda yaradıcı insanlara yüksək dövlət qayğısı var

“Azərbaycan gəncliyinin inkişafı üçün ölkəmizdə geniş yaradıcılıq mühiti formalaşıb”. Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Azərbaycanda yaradıcı insanlara yüksək dövlət qayğısı var. Onun sözlərinə görə, yaradıcı gənclər də bu baxımdan qayğı ilə əhatə olunublar.

“Gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar. Bütün bunlar yüksək yaradıcılıq tələb edən amillərdir. Biz öz gəncliyimizə böyük nikbinliklə baxır, onların uğurları ilə qürur duyuruq. Bu gün gənclərimiz Azərbaycanı beynəlxalq aləmdə uğurla təmsil etməyə, ölkəmizin adını uca tutmağa nail olublar” - deyə, J.Əliyeva qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv