YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd Mehdi Məzahiri: Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda səslənən fikirlər müasir dünya üçün olduqca əhəmiyyətlidir

Azərbaycanın mühüm beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəsi var. Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forum da yüksək səviyyədə təşkil olundu. Forumda səslənən fikirlər müasir dünya üçün olduqca əhəmiyyətlidir.

Bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət Mərkəzinin sədri Məhəmməd Mehdi Məzahiri deyib. O bildirib ki, bu Forum Azərbaycanın qlobal problemlərə biganə yanaşmadığını göstərir. Azərbaycanda tolerantlığın və multikultural dəyərlərin üstün tutulması nümunə kimi göstərilməlidir. Bu gün dünyada ayrı-seçkilik halları müşahidə olunur. Lakin Azərbaycan müxtəlif dini baxışlara və etnik qruplara malik olan insanların birgə və mehribanlıqla yaşamasının mümkünlüyünü əyani şəkildə nümayiş etdirir. Azərbaycan Prezidentinin bu istiqamətdə yürütdüyü siyasətin uğurları ölkədə ictimai-siyasi sabitliyin uzun illər davam edəcəyini deməyə əsas verir.

M.M.Məzahiri Forumda iştirak edən nüfuzlu insanların ictimai fikrə təsir imkanlarına malik olduğunu bildirib və bunun əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, bu şəxslər vətənlərinə qayıtdıqdan sonra öz ölkələrində Bakıda səslənən fikirləri ictimaiyyətə çatdıracaqlar və dünya ictimaiyyəti sülhün və davamlı inkişafın nə qədər vacib olduğunu biləcək.

ECO-nun Mədəniyyət Mərkəzinin sədri Bakının gözəl şəhər olduğunu da bildirərək, buradan çox xoş təəssüratlarla ayrıldığını deyib.