YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: Azərbaycanda gənclərin inkişafına dəstək verilməsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir

“Azərbaycanda gənclərin inkişafına dəstək verilməsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir”. Bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirib ki, gənclərin inkişafı üçün ölkəmizdə hər cür şərait  yaradılıb. Onun sözlərinə görə, , gənclərin himayədarı olan Ümummilli lider Heydər Əliyev ölkəmizdə hərtərəfli inkişaf etmiş gənc nəslin yetişməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi.

“Azərbaycanda istedadlı gənclərin potensialının daha da artırılması, onların stimullaşdırılması, yaradıcı fəal gənclərin mükafatlandırılması, ali məktəblərə qəbul imtahanlarında yüksək bal yığmış gənclər üçün prezident təqaüdlərinin təsis olunması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə Prezident İlham Əliyev gənclərin inkişafına, onların bilik və bacarıqlarının artırılmasına, yeni dövrün tələblərinə uyğun yetişmələrinə daim yüksək diqqət yetirir. Bunun sayəsində gənclərimiz beynəlxalq arenalarda da parlaq nailiyyətlər qazanırlar”-deyə, nazir müavini vurğulayıb.