YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin nümayəndəsi: Humanitar Forumda innovasiyalar üzrə panel iclaslarının keçirilməsi bu sahəyə diqqətin göstəricisidir

Beynəlxalq Humanitar Forumda innovasiyalar üzrə xüsusi panel iclaslarının keçirilməsini bu sahəyə göstərilən diqqətin təzahürüdür.

Bu sözləri BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini və direktor vəzifəsinin müvəqqəti icraçısı Rastislav Vrbenski deyib.

O bildirib ki, forum günlərində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu sərgidə real startap layihələri ilə tanış olmaqdan müsbət enerji alıb. Deyib ki, bu sahənin ölkəmizdə prioritet olması Azərbaycanın üstünlüyünü nümayiş etdirir.

Ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını qeyd edən R.Vrbensky BMT-nin İnkişaf Proqramı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə startap layihələrinə dəstək veməkdən məmnunluğunu ifadə edib. Eyni zamanda, bu sahədə həyata keçirilən işlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması prosesini sürətləndirdiyini söyləyib.