YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının işinə töhfələri yüksək qiymətləndirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Hadi Süleymanpurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, nazir Elmar Məmmədyarov ECO məkanında həyata keçirilən regional iqtisadi layihələrin dəstəkləndiyini bildirib. Regionda beynəlxalq hüququn təməl prinsipləri əsasında sülhün və sabitliyin qurulmasına Azərbaycanın xüsusi önəm verdiyini vurğulayıb.

Nazir E.Məmmədyarov üzv dövlətlər arasında ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat verərək ECO-ya üzv dövlətlərin həmin layihələrdən faydalana biləcəyini diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Hadi Süleymanpur başçılıq etdiyi təşkilatın işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib, ECO çərçivəsində həyata keçirilən islahatlar və gələcək layihələr barədə Azərbaycan tərəfini məlumatlandırıb. Bakıda təşkil olunan və şəxsən qatıldığı sərmayələrin mühafizəsi və təşviqi ilə bağlı müzakirələrdən məmnunluqla danışan baş katib bu sahənin ECO çərçivəsində yeni fəaliyyət istiqaməti təşkil etdiyini deyib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.