YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Körfəz Əməkdaşlıq Şurasının rəsmisi: Azərbaycan mədəniyyətlərarası əlaqələr sahəsində regionda xüsusi rol oynayır

Dünyadakı bir çox münaqişələr, o cümlədən ərəb dünyasındakı münaqişələr insanlar arasındakı səhv təsəvvürlər əsasında yaranır.

Bunu Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının Baş katibinin müavini Əbdüləziz Əbu Hamad Aluvayşeq VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Bakı Prosesi - insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib.

Mərkəzi Asiyada və Qafqazda mədəniyyətlərarası dialoqla bağlı layihələrin gələcəkdə də həyata keçiriləcəyinə ümid etdiyini deyən Ə.Aluvayşeq bildirib ki, dialoqun qurulmasına özəl sektor da öz töhfəsini verə bilər.

O əlavə edib ki, Azərbaycan ticarət və mədəniyyətlərarası əlaqələr sahəsində regionda xüsusi rol oynayır.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.