YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laura Süleyman: Humanitar Forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır

Bakı Beynəlxalq Humanitar Forumu bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Altıncı dəfədir keçirilən Forumda humanitar sahə üzrə müxtəlif əhəmiyyətli mövzular müzakirə edilir. Humanitar Forumun əhəmiyyəti ondan ibarətdir ki, burada media ilə bağlı mühüm məsələlərin müzakirəsi də diqqət mərkəzində olur. Dünyanı yalnız humanizm qoruya və xilas edə bilər. Bu Forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır.

Bu fikirləri Humanitar Forumda iştirak edən Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman söyləyib.