YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ISESCO-nun baş direktoru: Azərbaycan sülhün, sabitliyin mərkəzidir

Altıncı Bakı Beynəlxalq Humanitar Forumunda müasir dünyamız üçün çox vacib olan məsələlər müzakirə edilir. Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan sülh, təhlükəsizlik məsələlərində mühüm işlər həyata keçirib. Prezident İlham Əliyev dünya miqyaslı liderdir. O, ölkəsinin inkişafı üçün mütərəqqi addımlar atır. Mən 2004-cü ildən buraya gəlirəm və bütün bu proseslərin şahidiyəm. Sürətlə inkişaf edən Azərbaycan sülhün, sabitliyin mərkəzidir.

Bu fikirləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bildirib.

Baş direktor Azərbaycan ilə ISESCO arasında uzun illər ərzində uğurlu, səmərəli əməkdaşlığın qurulduğu qeyd edib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.