YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirinin müavini Əli Əhmədov BMT baş katibinin müavini Rəşid Xalikov və BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenski ilə görüşüb

Oktyabrın 25-də Dayanıqlı İnkişafa dair Bakı Forumu çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT baş katibinin müavini Rəşid Xalikov və BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenski ilə görüşüb.

Görüşlərdə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində görülən işlər müsbət qiymətləndirilib, bu sahədə gələcək əməkdaşlığa və həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini Əli Əhmədovun Sudan Federal Hökumət Palatasının naziri Hamid Muhammed Elnar Ahmed ilə görüşündə isə hökumətlərarası əlaqələrin genişləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədləri üzrə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.