YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Sloveniya əlaqələrinin perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Sloveniya Respublikası Milli Şurasının sədri Aloyz Kovşa ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər və enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov Sloveniya qanunverici orqanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə və Sloveniya Milli Şurasının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərara görə həmsöhbətinə öz təşəkkürünü bildirib.

Həmçinin tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.