YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər çox güclü olaraq inkişaf edir

“ Türkiyədəki dünya miqyasında çox önəmli layihələrdən olan “Star” neft emalı zavodunun açılışı həqiqətən  böyük tarixi hadisədir. 6.3 milyrad ABŞ dolları dəyərində olan bu layihə əslində daha çox dəyərə malikdir, çünki bu layihə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin hansı səviyyədə olduğunu, bu əlaqələrin hansı istiqamətdə getdiyini və iki ölkə arasında olan strateji əməkdaşlıqdan xəbər verir”. Bu fikirləri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, bu layihə həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük önəmli layihədir. Onun sözlərinə görə, layihənin icrası Türkiyənin bir çox məhsullardan idxaldan aslılğını aradan qaldıracaq. Türkiyə və Azərbaycan üçün çox böyük mənfəətlər verəcəkdir.

“İki ölkə arasında olan iqtisadi münasibətlər Azərbaycan Türkiyə arasında olan ticari dövriyyəsi sabit olaraq inkişaf edir. 2017-ci ildə ticarət dövriyyəsi 12% artaraq 2.6 milyard ABŞ dollarını ötüb. Həm ixracda, həm də idxalda biz artım müşahidə edirik. 2018-ci ilin ticari iqtisadi göstəriciləri də iki ölkə arasında çox müsbətdir - dövriyyə 22%, ixrac 18%, idxal 25% artıb. Azərbaycanla Türkiyə arasında ticarət iqtisadi əlaqələrini səciyyələndirən əsas xüsusiyyət bu əlaqələrin davamlı olaraq inkişaf etdirilməsi və genişləndirilməsidir. Eyni zamanda, dünyada gedən prosesləri nəzərə alaraq həm iqtisadi sahədə, həm də maliyyə sahəsində iqtisadi dayanıqlılığın olması və uzun vədəli prespektivə hesablanmasıdır. 2016-cı ildə Türkiyə Azərbaycan üçün ticarət dövriyyəsində birinci yerdə olub. 2017-2018-ci illərdə isə ikinci yerdə qərarlaşıb. Bu onu göstərir ki, bizim ticari iqtisadi əməkdaşlığımızın potensialı böyükdür və bu əməkdaşlıq ildən-ilə yeni sahələri əhatə edir. İki ölkə arasında preferensial ticarət sazişinin imzalanması ilə bağlı çox böyük işlər həyata keçirilib. Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər çox güclü olaraq inkişaf edir və Naxçıvan Muxtar Respublikası ilə də Türkiyə arasında iqtisadi əməkdaşlıq  gücləndirilir. Türkiyə hökuməti Naxçıvan Muxtar Respublikasında istehsal olunan təqribən 100 milyon ABŞ dolları dəyərində olan məhsulların idxal rüsumundan azad edilməsi barədə qərar qəbul edib. Qarşılıqlı investisiyalar iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm göstəricisidir. Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir. Hər il iki ölkə arasında ticari-iqtisadi münasibətlər şaxələnir və yeni sahələri əhatə edir. Azərbaycanın Türkiyəyə investisiyaları 14,5 milyard dollar həcmində dəyərləndirilir, bunun 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib. Türkiyə öz növbəsində Azərbaycana 11,8 milyard dollar yatırıb, bunun 9,1 milyard dolları neft sektoruna yerləşdirilib. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna 2,7 milyard dollar yerləşdirib və bu sahədə liderdir. Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir”- deyə nazir müavini vurğulayıb.