YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

VI Bakı Beynəlxalq Humanitar Forumu işini plenar sessiyalarla davam etdirir

Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Bakı Beynəlxalq Humanitar Forumu açılış mərasimindən sonra işini plenar sessiyalarla davam etdirir.

“Təhsil və elm insan kapitalının inkişafı kontekstində” mövzusunda birinci plenar sessiyaya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov moderatorluq edir.

Plenar sessiyada ən yaxşı təhsil sistemlərinin müxtəlif zamanlar üçün hazırlandığı nəzərə alınmaqla pedaqogikada müasir dövr üçün zəruri olan dəyişiklikləri sürətləndirmək, əmək bazarında iş tapmaq məqsədilə daha hazırlıqlı olmağa kömək edə biləcək işləri necə proqnozlaşdırmaq, təhsili sülh naminə necə səfərbər etmək, müstəqil öyrənmənin və ömürboyu öyrənmənin nə üçün hələ də az müraciət olunan fəaliyyət hesab olunması və digər məsələlər müzakirə edilir.