YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Qanunsuz səfər edənləri, vətəndaşı olduğu ölkələr də cəzalandırmalıdır

“Ermənistan dünya dövlətləri tərəfindən işğalçı kimi tanınmalı, ona qarşı sanksiyalar tətbiq olunmalıdır. Əks halda, bizim üçün qəbuledilməz olsa da, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər davam edəcək”. Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Azərbaycan ərazisini işğal edib 25 ildən artıqdır onu işğalda saxlayan bir dövlətə qarşı hər hansı bir beynəlxalq sanksiya yoxdur və beynəlxalq hüquq normaları çərçivəsində cəza tədbirləri görülmür. Onun sözlərinə görə, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən, Fransanın meri də, prezidenti də Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğal edildiyini yaxşı bilir.

“Necə ola bilər ki, bəzi münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dərhal başlanılır, amma bu qurumun Dağlıq Qarabağla bağlı qəbul etdiyi sənədlər hələ də kağız üzərindədir. 20 faiz torpaqlarımız işğal olunub,amma  ikili standartlar davam edir. Belə olan təqdirdə, cəzasızlıq mühitində işğal olunmuş ərazilərimizə Fransanın hansısa şəhərinin meri işğal altında olan torpaqlarımıza gəlir. Azərbaycan tərəfi hüquq müstəvisində belə adamları arzuolunmaz şəxslər kimi qara siyahıya salır. Lakin onların təmsil etdiyi ölkələr də bu şəxsləri cəzalandırmalıdır”-deyə, deputat qeyd edib.