YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistanın rəsmi təbliğat maşınının yalanları artıq puç olmağa başlayıb

“Rusiya cəmiyyətində Azərbaycan həqiqətlərini səsləndirən ziyalıların sayı artır”. Bu fikri Milli Məclisin deputatı  Flora Qasımova deyib.

F.Qasımova bildirib ki,   Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevlə yanaşı, xeyli sayda ziyalılar var ki, onlar həqiqəti bildirir, Ermənistanın işğalçılıq siyasətindən məlumatlı olmaqla yanaşı bu siyasəti pisləməkdən çəkinmirlər.

“Bu fakt ilk növbədə Azərbaycanın haqlı mövqeyinin dəstəkləndiyini  göstərir. Rusiya ictimaiyyətində Azərbaycan, konkret olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı obyektiv informasiyanın artması ölkəmizin uğurlu siyasətinin nəticəsidir. Rusiyalı deputatın Azərbaycan həqiqətləri ilə bağlı səsləndirdiyi fikirlər isə həm də cəsarətli mövqedir. Bu, eyni zamanda qonşu dövlətin ictimaiyyətində Azərbaycanın haqq işini müdafiə edən böyük bir ziyalı ordusunun yetişməsindən xəbər verir. Ermənistanın rəsmi təbliğat maşınının Xocalı faciəsi, Dağlıq Qarabağla bağlı yalanları artıq puç olmağa başlayıb. Artıq ermənilərin özləri yalanlara inanmırlar. Bu baxımdan, belə faktlar bir daha göstərir ki, ölkəmizin həqiqətlərinin bütün dünya tərəfindən tanınması prosesi çox sürətlə gedir. Yəqin ki, belə bəyanatları biz tez-tez eşidəcəyik”-deyə, millət vəkili vurğulayıb.