YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: Azərbaycan rəqəmsal imkanları ilə Avrasiyanın mərkəzinə çevrilib

Azərbaycan innovativ iqtisadiyyat üzrə çox böyük uğura imza atıb. Bu böyük uğurun müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz dövlət başçısının tapşırıqları, verdiyi istiqamətlər əsasında Azərbaycan dünyada ilk dəfə mobil rezidentlik təqdim edib.

Bu sözləri jurnalistlərə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında Azərbaycanın dünyada ikinci rəqəmsal ticarət qovşağını yaradan ölkə olduğunu deyən Vüsal Qasımlı əvvəllər nəqliyyat, logistika, neft-qaz layihələri ilə Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən ölkəmizin rəqəmsal, innovativ, iqtisadi imkanlarının da bu istiqamətdə sərf olunduğunu bildirib. “Mobil rezidentlik ilk dəfə ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə, elektron rezidentlik isə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa təqdim edilib. Respublikamız rəqəmsal imkanları ilə Avrasiyanın mərkəzinə çevrilib. Təsadüfi deyil ki, Avrasiyanın ilk Rəqəmsal Ticarət Qovşağı Azərbaycanda yaradılıb”, - deyə o əlavə edib.

 

DİGƏR Xəbərlər Arxiv