YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir

“Tarixən müxtəlif xalqların və fərqli dinlərə inananların sülh, mehriban şəraitdə yaşadıqları Azərbaycan multikulturalizm, tolerant dəyərləri ilə seçilib. Hazırda multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir.” Bu fikirləri  Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov Çinin paytaxtı Pekində Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclasında çıxışı zamanı səsləndirib.  

Dünyada bir çox ölkələrin dinlərarası qarşıdurma, separatizm, etnik təmizləmə, terrorizm kimi müxtəlif narahatlıqlarla üzləşdiyini bildirən Əli Əhmədov diqqətə çatdırıb ki, qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan ümid edir ki, haqq-ədalət təmin olunacaq və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin tələbləri yerinə yetirilməklə, torpaqlarımız işğaldan azad olunacaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Baş nazirin müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib.