YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Prezident İlham Əliyevin siyasətinin əsasında xalqın maraqları, dövlətin mənafeyi, əhalinin sosial müdafiəsi dayanır

“Prezident İlham Əliyevin siyasətinin əsasında xalqın maraqları, dövlətin mənafeyi, əhalinin sosial müdafiəsi dayanır”. Bu fikri Milli Məclisin Əmək və social siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslasında dövlət başçısı görülən işlər, qarşıda duran vəzifələr və prioritetlər barədə fikirlərini səsləndirib. Onun sözlərinə görə, dövlət başçısı daim bölgələrə səfərlər edir, vətəndaşlarla görüşür.

 “Prezident İlham Əliyevin Lənkərana səfərləri də həmişə  yaddaqalan, rəngarəng  məsələlərlə xarakterik olub. Bu günlərdə dövlətimizin başçısı cənub bölgəsinə, o cümlədən Lənkərana səfər etdi. Səfər zamanı  Prezident İlham Əliyevi Birinci vitse-prezident Mehriban xanım Əliyeva da müşayiət edib. Onlar Heydər Əliyev xatirə parkında görülən abadlıq və yenidənqurma  işləri  ilə tanış olublar. Eyni zamanda, Lənkəran Rayon Olimpiya idman kompleksinin açılışı olub, İstisu Sağlamlıq Mərkəzinin təqdimat mərasimi keçirilib. Səfər zamanı Hirkan-Daştatük-Biləsər avtomobil yolunun və  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışı da reallaşıb. Onu da qeyd edim ki, bu yaxınlarda  Bakı-Ələt-Astara avtomobil  yolunun açılışı da həyata keçirilib ki, bu da əhalinin çox böyük sevincinə səbəb olub. Bu, həmçinin, cənub bölgəsində turizmin inkişafına şərait yaradır. Vətəndaşlar cənab Prezident İlham Əliyevə bununla bağlı daim dərin minnətdarlıqlarını və razılıqlarını bildirirlər”-deyə, komitə sədri vurğulayıb.