YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Uşaqların zərərli informasiyalardan qorunması vacib məsələdir

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, sənəd Azərbaycan Konstitusiyasına, “Uşaq hüquqları haqqında”, “İctimai Televiziya və Radio Yayımı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” qanunlara, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb.

“Qanunda uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər, uşaqlar üçün zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub. Hesab edirəm ki, bu çox vacib sənəddir. Çünki uşaqların zərərli informasiyalardan qorunması çox vacib məsələdir”-deyə, komitə sədri qeyd edib.