YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması” haqqında qanun layihəsi çox vacib sənəddir

“"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması" haqqında qanun layihəsi uşaq hüqüqlarına aid olan qanunlarından ən vacibidir. 

Muasir dövrdə zərərli informasiya rast gəlmək çox asan məsələdir. Əgər yaxın keşmişdə biz ayrıca məişət zorakılğdan, fiziki cəzalardan, cinsi zorakılıqdan, uşaq psixikasına mənfi təsir göstərilmə səbəblərdən, intiharların səbələrini araşdırıb onlarla mübarizə aparırdıqsa, bu gün kiber mühit, internet bütün bu amilləri birləşdirib və böyük bir təhlükəyə çevrilib. Niyə internetə daha çox diqqət yetirirəm, çünki, bu gün internet həm TV, həm radionu tam əvəz etməkdədir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva parlamentin bu gün keçirilən iclasında "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması" haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

S.Fətəliyeva bildirib ki, cəmiyyətdə həyat tərzi dəyişdikcə, uşaqların da  ünsiyyət forması dəyişir, məlumatların əldə olunması və ötürməsi dəyişilir. Nəzərə alsaq ki, Azərbaycanda tam şəfaf internet mövcuddür, internet istifadəcilərin sayı getdikcə artır. Düşünürəm ki, təqdim olunan qanun lahiyədə  uşaqların internet təhlükəsizliyi daha çox yer alsaydı, yaxşı olardı. 

“Çünkü əsas təhlükələrdən biri odur ki, hər kəs bu gün internetdə hər bir informasiyanı dərc edə bilər. Bu xususilə uşaqlara aiddir: çünki uşaqlar adətən düşünür ki, əgər bu məlumat internetdə varsa, demək doğrudur.  Qəzet və jurnallarda korrektor, redaktor var, amma internetdə heç kim məlumatların doğru olub olmamasını yoxlamır.  Bu şəraitdə belə bir qanun lahiyəsinin qəbul olunmasında böyük zərurət var. Ümumiyətlə, uşaqların informasiya təhlükəsizliyi bir necə amildən ibarətdir. Birincisi, qanunvericilik bazasın yaradılmasıdır, ikincisi, uşaqların, həm də valideynlərin rəqamsal bilik və bacarıqların formalaşmasıdır. Birinci amilə biz artıq nail olmuşuq: müzakirə olunan qanun lahiyəsi uşaq hüquqların müdafiə edən, onların təhlükəsizliyini təmin edən bir platformadır. Növbəti mərhələ isə ondan ibarət olmalıdır ki, qəbul etdiyimiz qanunun müddəaları əhaliyə geniş çatdırılsın. Çünki  uşaqlar informasiya əldə olunmasında öz hüquqlarını bilməlidir.

İkinci amilə nail olmaq üçün isə həm uşaqları, həm də valideynləri digər istiqamətdə maarifləndirmək lazımdır: internetdən, sosial şəbəkələrdən istifadə olunması, onlayn oyunların oynama qaydaları və bir sira digər fəaliyyətlər qaydaları haqqında  bilmək, onlara riayət etməkdir. Düşünürəm ki, bunun üçün həm parlament, həm müvafiq qurumlar, həm də QHT-lərin birgə fəaliyyət göstərmələri çox faydalı olardı”-deyə, deputat vurğulayıb.