YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir

"Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir. Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki, Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur".

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, ölkəmizdə 1970-ci ilə qədər veteranların heç bir statusu yox idi: “Lakin 70-ci ildən sonra dövlət tam möhkəmləndikdən sonra veteranlarla bağlı addımlar atılmağa başladı”.

S.Novruzov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cəsarətli addım atılaraq şəhid ailələrinə birdəfəlik müavinət verilməsinin çox mühüm qərar olduğunu qeyd edib.

Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydaların tətbiq edildiyini deyən millət vəkili bildirib ki, vaxtilə haqqı olan insanlar kənarda qalıb, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər: “Hökumət də buna əsasən bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsinə şərait yaradıb”.

S.Novruzov əlavə edib ki, ezam olunanlarla həqiqi hərbi xidmətə çağırılanların statusu fərqli olmalıdır.