YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb.

Bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, yatırılan bu sərmayənin yarısı xarici investisiyaların payına düşür:

"İnvestisiyalar yeni texnologiyaların, müəssisələrin cəlb edilməsi deməkdir. Bu, təhsilə, həmçinin peşəyə yeni tələblər irəli sürür. Biz bu sahədə Təhsil Nazirliyi, ayrı-ayrı universitetlər və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edirik. İmzalanmış sazişlər çərçivəsində müsbət nəticələr verən bir çox işlər görülüb".