YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan bütün sahələr üzrə ciddi nailiyyətlər əldə edib

“2018-ci ilin 9 ayının nəticələri  ölkəmiz üçün uğurlu oldu. Bu dövrdə Azərbaycan həm xarici, həm də daxili siyasətdə mühüm nailiyyətlər əldə edib, ikitərəfli və çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirib, dünyada sülhün və sabitliyin təmin olunmasına böyük töhfələr verib”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan bütün sahələr üzrə ciddi nailiyyətlər əldə edib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm layihələr və tədbirlər həyata keçirilib.  

“Eyni zamanda, bu ilin ötən dövründə 2018-ci ildə Azərbaycanın xarici siyasəti uğurlu olub, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənib, nüfuzu artıb. Azərbaycanın uğurlu xarici siyasəti bu ilin 9 ayında da  beynəlxalq arenada mühüm nailiyyətlərin əldə edilməsini təmin edib. Ümumiyyətlə, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqişəsinin həllinə gəlincə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin mövqeyini bir daha bəyan etdi. Bu mövqe ondan ibarətdir ki, münaqişə beynəlxlaq hüquq normaları, BMT Təşlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır, Azərbaycan ərazi bütövlüyü təmin edilməlidir. Ermənistanın yeni rəhbərliyi bilməlidir ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək”-deyə, S. Fətəliyeva vurğulayıb.