YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Həyata keçirilən siyasət ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır

“Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır”. Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, son illər ölkəmiz dünyada öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Onun sözlərinə görə, ötən 9 ay ərzində dövlətimizin başçısı 12 dəfə xarici səfər edib və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlib. Əlbəttə, bu səfərlər çərçivəsində xeyli sənədlər imzalanıb, Azərbaycanın dünya ölkələri və beynəlxalq təşkilatlarla həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində mühüm razılıqlar əldə olunub.

“Eyni zamanda,  Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlığı genişləndirir. Onların sırasında Avropa İttifaqını, NATO-nu, İslam Əməkdaşlıq Təşkilatlarını və digərlərini qeyd etmək olar. əlbəttə ki, bütün bunlar Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətinin göstəricisidir. Bu siyasət ardıcıl olaraq davam edir və ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır”-deyə, deputat qeyd edib.