YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycanda aqrar sahənin daha da inkişafı üçün bütün imkanlar mövcuddur

“Azərbaycanda aqrar sahənin daha da inkişafı üçün bütün imkanlar mövcuddur”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, kənd təsərrüfatının inkişafı ölkənin digər sahələrinin inkişafına da stimul verir. Onun sözlərinə görə, aqrar sahə  ilə əlaqədar sənaye sahələri inkişaf edir, yeni emal müəssisələri açılır ki, bu da öz növbəsində əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin yaradılmasına səbəb olur.

“Ümumiyyətlə, dövlətimiz  kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir. Cənab Prezidentin vaxtaşırı olaraq regionlara səfərləri, emal müəssisələrinin açılışında iştirak etməsi, regionlarda pambıqçılığın və digər aqrar sahələrin inkişafı ilə bağlı müşavirələr keçirməsi kənd təsərrüfatı sahəsinin inkişafına xidmət edir. Bir sözlə, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hər cür şərait var. Əvvəllər qaz, su, yol və digər problemlər var idisə, artıq bu gün həmin problemlər aradan qaldırılıb. Digər tərəfdən, kənd təsərrüfatının inkişafı üçün müasir texnikalar alınıb. Bütün bunlar tədqirəlayiq haldır, insanların rifah halının yaxşılaşmasına cənab Prezidentin diqqət yetirməsinin nəticəsidir”-deyə, deputat qeyd edib.