YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Beynəlxalq aləmdə dövlətimizin nüfuzu artıb və mövqeləri möhkəmlənib

“Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda dayanan vəzifələrə həsr edilmiş iclasında əldə olunan nəticələr geniş təhlil olundu”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, ötən müddət ərzində Azərbaycan daxili və xarici siyasətdə uğurlu işlər həyata keçirib.

 “Ölkə daxilində islahatlar genişləndirilib və dərinləşdirilib. Beynəlxalq aləmdə dövlətimizin nüfuzu artıb və mövqeləri möhkəmlənib. Azərbaycanın gələcək inkişafı ilə bağlı konkret və aydın proqramlar hazırlanıb. Bir sözlə, ölkəmizin gözəl gələcəyi var”-deyə, M.Quliyev vurğulayıb.