YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Zeyni: Azərbaycanda vətəndaş cəmiyyəti hərtərəfli inkişaf edir

«Ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf yolundadır». Bu fikri Milli QHT Forumunun prezidenti Rauf  Zeyni deyib.

R.Zeyni bildirib ki,   son illər dövlətin üçüncü sektorun inkişafına dəstəyi daha artıb. Onun sözlərinə görə, Azərbaycan artıq dialoqlar, mədəniyyətlər, tolerantlıq, idman mərkəzinə çevrilib.

«Eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyəti də hərtərəfli inkişaf edir. Hər bir cəmiyyətin, hər bir təşkilatın problemləri var, amma bu o demək deyil ki, Azərbaycanda hökumət səviyyəsində qeyri-hökumət təşkilatlarına problemlər yaradılır. Bunlar qeyri-obyektiv məlumatlardır. Bəzi beynəlxalq təşkilatların bu yöndəki iddialarının heç bir əsası yoxdur»- deyə, R.Zeyni qeyd edib.