YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident bir qrup dəmir yolu nəqliyyatı işçisini təltif edib

Prezident İlham Əliyev oktyabrın 10-da dəmir yolu nəqliyyatı işçilərinə "Tərəqqi" medalının, fəxri adların, fərdi təqaüdün verilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə 2 nəfər 3-cü dərəcəli "Əmək" ordeni, 19 nəfər "Tərəqqi" medalı ilə təltif olunub. Dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə 2 nəfərə "Əməkdar mühəndis", 1 nəfərə "Əməkdar həkim" fəxri adları, 1 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.