YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar olub

2017-ci ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar olub. Bununla belə ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Noyabrın 5-10-da Şanxayda Birinci Beynəlxalq İdxal Sərgisi keçiriləcək. Sərgidə iştirak məqsədilə Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək. Sərgidə Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, xidmət sahəsi üzrə 2 stendlə təmsil olunacaq. 300 kvadratmetr sahəni əhatə edəcək pavilyonda Azərbaycanın 30-dan çox şirkətinin məhsul və xidmətlərinin nümayiş olunması nəzərdə tutulur. Səfər çərçivəsində, həmçinin Çin rəsmiləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.