YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ rəsmisi: Azərbaycan enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində vacib rol oynayır

Azərbaycan enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində vacib rol oynayır.

Energetika Nazirliyindən bildirilib ki, energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kentin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasına ABŞ-ın davamlı dəstəyi yüksək qiymətləndirilib. Layihənin Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolu və növbəti mərhələdə Cənub Qaz Dəhlizinin genişləndirilmə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

C.Kent enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində Azərbaycanın vacib rol oynadığını deyərək, ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı layihələrə mövqeyinin dəyişməz olduğunu qeyd edib.

Energetika naziri “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı son vəziyyət barədə məlumat verərək bildirib ki, layihənin əhəmiyyəti Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlərdə də ifadə edilib.

Nazir neft-qaz sahəsində uğurlu təcrübənin bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinin nəzərdə tutulduğunu və bu istiqamətdə mühüm işlərə başlandığını diqqətə çatdırıb.

Görüşdə bərpaolunan enerji mənbələrindən istifadə və elektroenergetika sektorunda aparılan islahatlar üzrə əməkdaşlığın təmin edilməsi üçün zəruri tədbirlər, eləcə də qlobal enerji bazarında cərəyan edən proseslərlə bağlı müzakirələr aparılıb.