YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolu var

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Respublikasının Antalya şəhərində Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.

Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə iki qonşu ölkənin parlamentləri arasında münasibətlərin dinamikası yüksək dəyərləndirilib. Tərəflər Azərbaycan və Rusiya parlamentləri arasında birgə komissiyaların yaradılması ilə bağlı səmərəli fikir mübadiləsi aparıblar. Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısında hər iki ölkənin ümumi maraqlarını əks etdirən mövqenin nümayiş etdirildiyi bildirilib.

Spikerlər arasında görüşlərin müntəzəm xarakterli olduğunu diqqətə çatdıran Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, əlaqələrin daha da genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunur.

Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolunu yüksək dəyərləndirən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, keçirilən hər bir görüş faydalıdır və əhəmiyyətlidir.