YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Anna Hakopyan həqiqətən sülh istəyirsə, işğalçı erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır

“Ermənistanın yeni rəhbərliyi verdiyi bəyanatlarla, ortaya qoyduğu mövqe ilə əvvəlkilərdən fərqlənmədiyini, münaqişənin sülh yolu ilə həllinə mane olmaq istədiyini nümayiş etdirməkdədir”. Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, aprel ayında hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar münaqişənin həlli ilə bağlı danışıqların ruhuna və mahiyyətinə uyğun gəlmir. Paradoksal haldır ki, Paşınyanın həyat yoldaşı Anna Hakopyan isə guya regionda “sülh əldə olunması” üçün kampaniya başlatdığını bəyan edib.

“Hakopyan  Rusiyadan olan bir qrup qadınla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qeyri-qanuni səfər edib, orada mitinq formasında tədbir keçirib. A.Hakopyanın bu “sülhpərvərliyinin” əslində şou olduğu açıq aydın görünür. Təbii ki, separatçı rejim rəhbərinin, Ermənistanın Dağlıq Qarabağdakı silahlı qüvvələrinə rəhbərlik edən şəxsin onun tədbirində başda oturması bir daha göstərir ki, Hakopyanın arzusu və istəyi heç də sülhə doğru irəliləmək deyil. Bu şəxs birmənalı olaraq öz həyat yoldaşının uğursuz “piarı” ilə məşğuldur. Onlar bilməlidir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Egər Hakopyan həqiqətən sülh istəyirsə, işğalçı erməni ordusu torpaqlarından çıxmalıdır, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməlidir”-deyə, deputat qeyd edib.